Dünyanın ən böyük körpüsü istifadəyə verildi - FOTOLAR
Çinin Quizhou əyalətində dünyanın ən böyük körpülərindən biri istifadəyə verilib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Huajiang Grand Canyon körpüsü Beipan çayının üzərində, 625 metr yüksəklikdə salınıb. Bu körpü Liuzhi və Anlonq şəhərlərini birləşdirir.
Rəsmilərin açıqlamasına görə, körpünün inşası təkcə region üçün mühüm nəqliyyat bağlantısı yaratmır, həm də turizm baxımından böyük əhəmiyyət daşıyır.
Maraqlıdır ki, dünyanın ən hündür üç körpüsünün hamısı məhz Quizhou əyalətində yerləşir. Bundan əlavə, dünyanın 100 ən hündür körpüsünün təxminən yarısı da elə bu bölgədədir.
Qeyd edək ki, həm üfüqi, həm də şaquli ölçülərinə görə Huajiang Grand Canyon körpüsü dünyanın ən böyük körpüsü statusunu qazanıb.







