Dünyanın ən çox maaş verən ölkələri - SİYAHI
İnsanların iş seçərkən nəzərə aldığı əsas amillərdən biri maaşdır. Yüksək maaş həm həyat standartlarını, həm də sosial rifahı müəyyənləşdirir. Dünyada elə ölkələr var ki, əməkhaqları ilə digərlərindən açıq şəkildə fərqlənir.
Patrulaz.az bu ölkələrin siyahısını təqdim edir:
İsveçrə
Ən çox maaş verən ölkələrin siyahısında ilk növbədə İsveçrə gəlir. Bu ölkədə bankçılıq, maliyyə və texnologiya sahələrində çalışanların maaşı çox yüksəkdir. Yüksək gəlirlə yanaşı, İsveçrənin bahalı həyat tərzi də diqqət çəkir.
Lüksemburq
Bu ölkə də yüksək maaşları ilə seçilir. Ərazi baxımından kiçik olsa da, güclü maliyyə sektoru və beynəlxalq şirkətlərin mərkəzləri burada yerləşdiyi üçün əməkhaqlar kifayət qədər cəlbedicidir.
Norveç
Norveç və digər Skandinaviya ölkələri də siyahıda ön sıralardadır. Burada yüksək maaşlarla yanaşı, sosial təminatlar və işçi hüquqları çox güclüdür. Norveçdə xüsusən enerji sektoru və mühəndislik sahələrində çalışanlar böyük qazanc əldə edirlər.
ABŞ
ABŞ də yüksək maaş təklif edən ölkələr sırasındadır. Texnologiya, maliyyə, səhiyyə və hüquq sahələrində çalışan mütəxəssislər yüksək gəlir əldə edirlər. Lakin ABŞ-də bölgələr arasında ciddi maaş fərqləri var və tibbi sığorta kimi əlavə xərclər nəzərə alınmalıdır.
Avstraliya və Kanada
Bu iki ölkə də güclü iqtisadiyyatı və iş imkanları ilə əmək bazarında önə çıxır. Burada xüsusən IT, səhiyyə və mühəndislik sahəsində çalışanlar yüksək gəlirlə təmin olunur.
Bununla belə, yüksək maaş demLəman SərrafDünyanın ən çox maaş verən ölkələri – SİYAHIək hər zaman yüksək həyat keyfiyyəti demək deyil. Çünki bu ölkələrin əksəriyyətində həyat xərcləri də kifayət qədər yüksəkdir. Yəni maaşın çoxluğu ilə yanaşı, yaşayış dəyəri də nəzərə alınmalıdır.
Ləman Sərraf






