media-retouch_2025062310592270

Dünyada yalnız bir neçə pilotların enişinə icazə verildiyi ən riskli və qəzaya meyilli hava limanları mövcuddur.

Patrulaz.az xəbər verir ki, bəzi hava limanlar var ki, oraya eniş  xüsusi təlim keçmiş az sayda pilota icazə verilir. Ona görə ki, bəzi hava limanları coğrafi baxımdan qəzanın yaranmasına meyilli olur. Siyahıda Avropanın məşhur tətil bölgələri və dağların arasında gizlənmiş ekstremal eniş zolaqları yer alır.

Paro Hava Limanı (Butan) – Yalnız 8 pilotun enə bildiyi zolaq

media-sadece-24-pilot-inis-yapabiliyor

Butandakı Paro hava limanı dünyanın beşinci ən təhlükəli eniş nöqtəsi sayılır. Hava limanı Himalay dağları ilə əhatələnib və buna görə də təyyarələr radarsız dar dərələrdən keçərək eniş edir. Bu çətin şərait səbəbilə yalnız 17 pilot xüsusi sertifikat alıb, aktiv şəkildə eniş icazəsi isə cəmi 8 pilota verilib. Coğrafi çətinliyinə görə, uçuşlar yalnız gündüz və sakit hava şəraitində həyata keçirilir.

Courchevel Altiport (Fransa) – Xizək yollarının yanında eniş

media-courchevel-altiport

Fransanın Alp dağlarında yerləşən bu hava limanı xizək kurortunun yanında yerləşir. Burada yalnız kiçik təyyarə və helikopterlər üçün əlçatan olan zolaq var. Bu hava limanında əsas çətinliklər bunlardır:

İşıqlandırmadan məhrumdur.;

Yamacın üstündə yerləşir.

Ərazinin 70 faizi ilboyu qar və buzla örtülür. Zəif görüntü səbəbindən burada illər ərzində bir neçə ölümlə nəticələnən qəza baş verib.

Madeyra Hava Limanı (Portuqaliya) – Səyyahların kabusu

media-madeira-airport-portekiz

Portuqaliyanın dördüncü ən çox ziyarət edilən bölgəsi olan Madeyra adasında yerləşən hava limanı okean üzərində tikilib və çox güclü çarpaz küləklər ilə tanınır. Pilotlar bu məkana enmək üçün əlavə təlim keçməlidirlər. Bu limanda ən sonuncu dəhşətli  qəza 2003-cü ildə baş verib. Belə ki, qəza nəticəsində 1 britaniyalı pilot və 9 ispan sərnişin həlak olmuşdu.

Toncontin Hava Limanı (Honduras) – “Enmək yox, sağ qalmaq”

media-_101695635_gettyimages-476376466-jpg-1

Hondurasda yerləşən bu hava limanı dağlarla əhatələnib. Buna görə də təyyarələr zolağa eniş etmək üçün 45 dərəcəlik kəskin dönüş edir.

Təcrübəli pilotlar bu liman barədə belə deyiblər: “Sən Tonkontinə enmirsən, sağ qalırsan”. Bu limanda 2011-ci ildə baş vermiş qəzada 14 nəfər həyatını itirib.

Lukla (Nepal) – Dünyanın ən təhlükəli hava limanı

media-0x0

Siyahının zirvəsində Nepalın Lukla şəhərindəki Tenzinq-Hillari Hava Limanı dayanır. Bu hava limanı 1,5 mil yüksəklikdə yerləşir. Himalayın sıldırım zirvələri ilə əhatəlidir. Eniş zamanı təyyarələr evlərin damlarının bir neçə metr üstündən keçməlidir. Burada yalnız gündüz və vizual şəraitdə uçuşa icazə verilir. Vadilərdə əsən güclü küləklər və şiddətli turbulentlik enişi son dərəcə təhlükəli edir. Hazırda yalnız 8 pilot bu limana enə bilmək üçün sertifikatlaşdırılıb.

Qeyd edək ki, bu hava limanları təkcə ekstremal coğrafiyası ilə deyil, həm də pilotlardan tələb olunan yüksək bacarıq səviyyəsi və iqlim şəraitinin təhlükəliliyi ilə tanınır. Onlara enmək təkcə texniki deyil, psixoloji cəhətdən də ciddi hazırlıq tələb edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər