media-ebolamn_1050_f3a0febfd3e2fd689b919385c5d00a81_1778832207

Konqo Demokratik Respublikasında (KDR) regional təhlükəsizliyi təhdid edən yeni Ebola virusu epidemiyası sürətlə yayılmağa başlayıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, regionda 65 nəfər virusa yoxulaxaraq ölüb. Ümumlildə isə 246 şübhəli yoluxma halı qeydə alınıb.

Bildirilib ki, xəstəlik ocaqları əsasən ölkənin şimal-şərqində yerləşən İturi əyalətinin qızıl mədənləri ilə zəngin Monqvalu və Rvampara səhiyyə zonalarında cəmləşib.

Regional koordinasiya çərçivəsində Uqanda və Cənubi Sudan sərhədlərində monitorinq və yoxlamalar maksimum səviyyəyə çatdırılsa da, təhlükə artıq regional xarakter alıb. Belə ki, Uqandanın paytaxtı Kampalada KDR-dən gələn bir nəfər Ebola səbəbindən ölüb.

İlkin laboratoriya analizləri böhranın miqyasını daha da böyüdür. Məlum olub ki, aşkarlanan virus ölkədə indiyədək qeydə alınan ölümcül epidemiyaların əsas səbəbi – klassik “Zaire” ştammı deyil. Bu fakt ölkədə ciddi peyvənd problemini ortaya çıxarıb.

Belə ki, Konqo Demokratik Respublikasının (KDR) hazırkı strateji rəsmi peyvənd ehtiyatları yalnız “Zaire” ştamına qarşı effektivdir. Bu səbəbdən mövcud peyvəndlərin yeni epidemiyada tamamilə aciz qalacağı ehtimalı böyük narahatlıq doğurur. Hazırda yeni və fərqli ştammın dəqiq növünü müəyyənləşdirmək üçün virusun genetik ardıcıllıq analizləri davam etdirilir.

Yaranmış kritik vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili olaraq paytaxt Kinşasadan Bunia şəhərinə hava yolu ilə 5 ton tibbi ləvazimat, o cümlədən infeksiyanın qarşısını alma materialları, laboratoriya avadanlıqları və izolyasiya çadırları çatdırıb.

Yerli hakimiyyət orqanlarının qərarı ilə Monqvalu və Rvampara bölgələri tamamilə ciddi karantin nəzarətinə götürülüb.

Qeyd edək ki, bu, Konqoda qeydə alınan artıq 17-ci Ebola yayılmasıdır.


Bənzər xəbərlər