DYP adından xarici nömrələrdən təhlükəli SMS-lər göndərilir - FOTO
Son vaxtlar dələduzlar xarici nömrələrdən vətəndaşların mobil telefonlarına Dövlət Yol Polisinin (DYP) adından saxta bildirişlər göndərirlər.
Patrul.az xəbər verir ki, mesajda guya vətəndaşa məxsus nəqliyyat vasitəsi üzrə ödənilməmiş inzibati cərimənin olduğu bildirilir və müəyyən tarixədək ödəniş etməsi tələb olunur. Həmçinin qeyd edilir ki, cərimə vaxtında ödənilməzsə, sürücü müxtəlif problemlərlə üzləşə bilər.
Xüsusilə +27 (Cənubi Afrika) kodu ilə göndərilən mesajlarda vətəndaşdan https://asanpayex….. linkinə daxil olaraq ödəniş etməsi istənilir.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Dövlət Yol Polisi heç vaxt xarici nömrələrdən SMS göndərmir. Şübhəli linklərə daxil olmaq bank kartı məlumatlarınızın dələduzların əlinə keçməsinə səbəb ola bilər.
Cərimələri yalnız rəsmi dövlət portalları vasitəsilə yoxlamaq və ödəmək lazımdır:
Unutmayın, “xidmət dayandırılacaq”, “əlavə tədbirlər görüləcək” kimi qorxu yaradan ifadələr dələduzların klassik təzyiq üsuludur.

Belə hallarda mütləq bunlara əməl edin:
❌ Linkə daxil olmayın
❌ Kart məlumatlarınızı paylaşmayın
❌ Heç bir ödəniş etməyin
✅ Mesajı silin
✅ Nömrəni bloklayın






