media-inshot_20250919_105324370

Əfqanıstanda Taliban hökuməti qadın müəlliflərə məxsus kitabların universitetlərdə istifadəsini qadağan edib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, tədris proqramından ümumilikdə 680 kitab çıxarılıb. Onların 140-a yaxını qadın müəlliflərə məxsus əsərlərdir. Siyahıda “Kimya laboratoriyasında təhlükəsizlik” kimi elmi başlıqlar da yer alır. Qadağaya səbəb kimi bu kitabların “anti-şəriət və Taliban siyasətinə zidd olması” göstərilib.

Bundan əlavə, universitetlərdə 18 fənnin tədrisinə də icazə verilməyib. Onlardan 6-sı bilavasitə qadınlarla bağlı fənlərdir. Buraya “Gender və inkişaf”, “Ünsiyyətdə qadının rolu” və “Qadın sosiologiyası” kimi ixtisaslar daxildir.

Rəsmi olaraq Taliban hökuməti İslam qanunlarına uyğun şəkildə qadınların hüquqlarına hörmət etdiyini bəyan edir. Lakin faktiki olaraq ölkədə qızların 6-cı sinifdən sonra təhsil alması da qadağan olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər