media-img_2649

“Cənab Prezident İlham Əliyevin 2025-ci il 26 may tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam, Azərbaycan dövlətinin humanizm və insan hüquqlarına sadiq siyasətinin bariz nümunəsidir. Əfv sərəncamı bir tərəfdən dövlət başçısının vətəndaşlara qarşı göstərdiyi mərhəmət və insani yanaşmanın ifadəsi, digər tərəfdən isə hüquqi islahatların və ədalət prinsipinin sosial reabilitasiya ilə uzlaşdırılmasına xidmət edən mühüm addımdır”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı səsləndirib.

Millət vəkili bildirib ki, bu humanist akt cəza çəkmiş şəxslərin yenidən sivil cəmiyyətə reinteqrasiyana və hüquqa hörmət əsasında yeni həyata başlamaqlarına stimul yaradır:

“Əfv olunan şəxslərin ailələri ilə yenidən bir araya gəlməsi cəmiyyətdə mənəvi dəyərlərin möhkəmlənməsinə və sosial həmrəyliyin güclənməsinə əhəmiyyətli şəkildə xidmət edir”.

media-314f8214-0871-4a27-91a8-26f124d149a2
Deputat vurğulayıb ki, əfv sərəncamı, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquqları və azadlıqlarının reallaşdırılması baxımından hüquqi dövlət quruculuğunun davamlılığını göstərir:

“Bu, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən humanist və sosialyönümlü siyasətin davamı olmaqla, cəmiyyətin ümumi inkişafına və sosial ədalətin təmininə yönəlmiş strateji qərardır.
Ölkə başçısının bu sərəncamı həm də fərdlərin azadlığa qovuşması ilə onların cəmiyyətə faydalı və məsuliyyətli vətəndaş kimi dönüşünə çağırışdır”.

Ləman Sərraf


Bənzər xəbərlər