media-2da50fbc-5ad6-44f3-891c-71d8d326c5e5

Paytaxtın Yeni Yasamal qəsəbəsində təhlükəli yol hərəkəti qaydası pozuntusu ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Vətəndaşın Patrul.az-a verdiyi məlumata görə, hadisə 07.02.2026-cı il tarixində saat 13:53 radələrində Əsəd Əhmədov küçəsində baş verib. Belə ki, 99-MQ-551 dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq hərəkət edib.

Şikayətçi bildirib ki, qarşı-qarşıya gəlmə anında son anda avtomobilini sağa çəkərək mümkün qəzanın qarşısını ala bilib.

Onun sözlərinə görə, hadisə zamanı avtomobildə ailə üzvləri, o cümlədən əlil övladı da olub:

“Son anda maşını sağa çəkdim. Əks halda ağır qəza qaçılmaz idi. Hələ utanmadan avtomobili üstümə sürürdü,” – deyə vətəndaş bildirib.

Qeyd edək ki, yaşayış massivlərində və dar küçələrdə əks istiqamətə çıxmaq təkcə sürücünün öz həyatını deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur.


Bənzər xəbərlər