Goranboy rayon sakini Qəhramanov Elvin Elxan oğlu Patrulaz.az saytının qaynar xəttinə müraciətində bildirib ki, o, 21.01.2025-ci il tarixində Goranboy rayon Mərkəzi Xəstəxanasına yaxınlaşaraq anasını sağlamlığında yaranan problemlə bağlı “rentgen” müayinəsindən keçirmək istəyib. Lakin onları saatlarla gözlədən həkim növbədən kənar, qəbz olmadan digər vətəndaşları və öz həmkarlarını, yəni iş yoldaşlarını qəbul edib. Buna etiraz edən vətəndaşa isə əsassız açıqlamalar verilib. Nəticədə yaranan narazılıqdan sonra vətəndaş, valideynini müayinə etdirmədən xəstəxanadan getməli olub.

Günümüzdə bu bir acı reallıqdır ki, bir çox müəssisələrdə növbə sistemi olmasına baxmayaraq, vətəndaşlarımız müxtəlif bəhanələr irəli sürərək məsələn: xəstəyəm, yaşlıyam, vəzifəliyəm, dost-tanışam və.s kimi sözlərlə növbədən kənar xidmətlərdən yararlanmağa çalışır, növbə gözləmə mədəniyyəti olanlar isə belələrinə görə saatlarını sərf edərək vaxt itirmiş olur.


Bənzər xəbərlər