Əli Əsədov “Damen Shipyards Group”un rəhbəri ilə görüşdü
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru Arnout Damenlə görüşüb.
Patrul.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Damen Shipyards Group” arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.
Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin və tranzit potensialının daha da gücləndirilməsinin gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan ilə “Damen Shipyards Group” arasında gəmiqayırma, müasir dəniz texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev görüşdə iştirak edib.






