Elon Musk ABŞ Sosial Təminat Administrasiyasının məlumat bazasında səhv olduğunu iddia edib
ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri milyarder Elon Musk ölkəsindəki Sosial Təminat Təşkilatının məlumat bazasından olduğunu iddia etdiyi bir cədvəli paylaşıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Musk sosial media platforması “X” hesabındakı paylaşımında ABŞ Sosial Müdafiə Təşkilatının məlumat bazasından olduğunu iddia etdiyi cədvəli paylaşıb.
Cədvəl göstərir ki, 100 və yuxarı yaşda olan 20 milyondan çox insan var. Cədvəldə 150-159 yaş arasında olan 1 milyondan çox insanın, 1 nəfərin isə 360 yaşdan yuxarı olması da diqqət çəkir. Elon Musk öz paylaşımında “Bəlkə də “Twilight” realdır və sosial təminat müavinətləri alan çoxlu vampir var”-deyə, qeyd edib.
Mövzu ilə bağlı başqa bir açıqlama verən Musk Sosial Müdafiə Təşkilatının sisteminin necə işlədiyini heç kimin bilmədiyini ifadə edərək, qurum ilə Xəzinədarlıq İdarəsi arasında ödəniş fayllarında əhəmiyyətli uyğunsuzluqlar olduğunu da iddia edib.