Ən inadkar 4 bürc HANSILARDIR?
Astrologiyada elə bürclər var ki, inadkarlığı ilə seçilir və bu xüsusiyyətləri digər insanlarla münasibətlərində çətinliklər yaradır. Bu bürclər dəyişməyə, fikir dəyişdirməyə və qarşılıqlı anlaşmaya çox nadir hallarda açıq olurlar. Onlar bir qərar verdikdə, nə qədər haqsız olduqları göstərilsə belə, fikirlərindən dönmək istəməzlər.
İnadkarlıq insanın dəyişikliklərə müqavimət göstərməsi, başqalarının fikirlərini qəbul etməməsi və kompromisdən qaçması deməkdir. Bəzi bürclər bu xüsusiyyəti ilə xüsusilə seçilir. Onlar bəzən qarşılarındakı insanı təngə gətirəcək qədər təkidli və öz bildiyini edən olurlar.
Patrulaz.az-ın araşdırması üzrə ən inadkar 4 bürcü təqdim edirik:
Buğa (20 aprel – 20 may)

Yer ünsürünə aid olan Buğalar sabitliyi sevir, qərarlarını dəyişməkdən çəkinirlər. Onlar üçün rahatlıq, güvən çox vacibdir. Buğa bürcü öz fikrindən dönmür, yəni, öz fikri dəyişənə qədər heç kim ona təsir edə bilmir. Buna görə də buğalar öz istədiyi zaman həyatlarında dəyişikliklər edirlər. Əgər bir buğa bürcünə mənsub şəxs “xeyr” deyibsə, bu, demək olar ki, daşa döyülmüş hökmdür. İnadçılıqları çox vaxt prinsipial və möhkəm xarakterli olmalarından qaynaqlanır. Onlar düşündüklərinin doğru olduğuna inanır və bu yöndə hərəkət edirlər.
Əqrəb (23 oktyabr – 21 noyabr)

Su ünsürlü olmasına baxmayaraq, əqrəblər daha çox güclü daxili iradəyə sahib olurlar. Fikirlərində sabit və sərtdirlər. Yəni, onlar bir şeyi istəmirsə, zorla da olsa razı salmaq mümkün deyil. Əqrəblər nə istədiklərini çox yaxşı bilirlər və məqsədlərinə çatmaq üçün geri çəkilmirlər. Əgər kiməsə və ya nəyəsə qarşı inamları varsa, fikirlərindən asanlıqla dönməzlər. Onların dediyi “yox”u “bəli”yə çevirmək üçün səbirlə gözləmək lazımdır.
Oğlaq (22 dekabr – 19 yanvar)

Oğlaqlar planlı, qaydalı və ciddi təbiətlidir. Öz planlarından asanlıqla vaz keçməzlər. Bu bürcə sahib insanlar çox prinsipial olurlar. Onun üçün “mən belə qərar vermişəm” fikri qanun kimidir. Bir sözlə, oğlaq bürcünə nə qədər yaxın olursunuz olun, sizi dinləyər, amma yenə də öz bildikkərini edərlər.
Şir (23 iyul – 22 avqust)

Od ünsürlü şirlər liderlik və qürur hissinin çox olması ilə digər bürclərdən fərqlənirlər. Şirlər üçün fikir dəyişmək məğlubiyyət sayılar. Bu bürcün əsasən inadkarlığı qürurla qarışıq formadadır. Unutmayın, onların fikrini dəyişdirmək istəyirsinizsə, bunu onun qürurunu zədələmədən etməlisiniz. Yoxsa əks reaksiya alacaqsınız. Onlar xüsusən də, haqlı olduqlarına inandıqları zaman geri addım atmaq istəməzlər. Həm də qürurlarına sığışdırmadıqları üçün fikirlərini dəyişmək onlar üçün çətin olar.
Gülbəniz Səfərova






