media-38796acf-092e-47d6-94c7-2a45017586b3

Ermənistan hökuməti Suriyada davam edən humanitar böhran səbəbilə bu ölkəyə 125 min dollar dəyərində yardım ayırıb.

Patrulaz.az “Sinxua”ya istinadən xəbər verir ki, bu qərar aprelin 23-də Ermənistan hökumətinin iclasında qəbul olunub. Yardımın ümumi dəyəri təxminən 125 min ABŞ dollarına bərabərdir.

Yardım paketinə ərzaq məhsulları, məişət ləvazimatları və tibbi avadanlıqlar daxildir. Sənəddə qeyd olunub ki, bu yardım Suriyada əhalinin əsas ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

“Suriyada uzun müddətdir davam edən böhran nəticəsində minlərlə insan həyati resurslardan məhrum olub. Yardım bu ehtiyacların aradan qaldırılmasına xidmət edəcək”, – sənəddə belə qeyd olunub.

Xatırladaq ki, Ermənistan martın 21-də Suriyaya ilk humanitar yardım göndərib. Həmin vaxt Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi 10 günlüyünə açılmış, 4 yük maşını Suriyaya yola salınmışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər