Suriyadan geri çəkilən ABŞ, Avropadakı hərbi qüvvələrini də azaldır
ABŞ Suriya və Avropadan geri çəkilməyə başlayıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, ABŞ ordusu Suriyadakı üç bazasını bağlayıb, hərbi heyətini isə mindən aşağı salmağı planlaşdırır.
Eyni zamanda, Avropadakı 100 minlik hərbi kontingentin yarısının geri çağırılması barədə məlumat verib.
ABŞ prezidenti Donald Trampın bu addımı Vaşinqtonun dünya üzrə hərbi mövcudluğunu azaltmaq strategiyası çərçivəsində atdığı bildirilir. “Suriyadan mərhələli şəkildə geri çəkilirik. Prioritetimiz bölgədə sabitlik və strateji təhlükəsizlik balansının qorunmasıdır”, – deyə Pentaqon nümayəndəsi bildirib.
Gülbəniz Səfərova