media-1e04af31-0e19-4dbd-a530-bcc4b82734f1

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sülhməramlıların Ukraynaya göndərilməsinin ciddi beynəlxalq gərginliyə səbəb ola biləcəyini və bu addımın III Dünya Müharibəsinə yol aça biləcəyini xəbərdarlıq edib.

Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Federasiyasının yüksək rütbəli hərbi və dövlət xadimi Sergey Şoyqu “İstəklilər koalisiyası”nın Ukraynada sülhməramlı adı altında hərbi qüvvələr göndərmə planlarına qarşı çıxaraq, bu addımın NATO ilə Rusiya arasında birbaşa qarşıdurma və genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini vurğulayıb. O, belə bir təşəbbüsün, xüsusən də Rusiya üçün strateji əhəmiyyət daşıyan ərazilərdə, təhlil edilərkən “işğalçı qoşunlar” olaraq qiymətləndirilə biləcəyini qeyd edib.

Şoyqu: “Bu qoşunlar NATO ölkələrindən gələcək ki, onlar daha əvvəl Rusiyanın hərbi əməliyyatlarına qarşı çıxmışdılar. Bu, sadəcə sülhməramlı missiya deyil, işğalçılıq cəhdidir,” deyə bildirib. O, həmçinin Ukraynada nasist rejimi ilə mübarizə, pravoslav dindarların təqibi və rusdilli əhalinin öz mədəniyyətini və dilini qorumaq hüququnun məhdudlaşdırılması kimi məsələlərə də diqqət çəkib.

Qeyd edək ki, Şoyqu “sülhməramlı missiyaların” əksəriyyətinin faktiki olaraq bu cür hərəkətlərə dəstək vermək istəmədiyini də əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər