Ət bazarında müşahidə edilən durğunluq - Ekspert real səbəbləri açıqladı
Son günlərdə Azərbaycanda ətə olan tələbatın azaldığı müşahidə olunur. Bazarlarda və ət satışı məntəqələrində alıcıların sayının azalması diqqət çəkir. İnsanlar ya daha az miqdarda ət alır, ya da ümumiyyətlə bu məhsuldan imtina edir.
Maraqlıdır ki, ətə olan tələbatın azalmasının əsas səbəbi yalnız dabaq xəstəliyidir, yoxsa başqa amillər də rol oynayır?
İqtisadçı ekspert Əkrəm Həsənov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, ətə tələbatın azalmasının əsas səbəbi xəstəliklər deyil, insanların alıcılıq gücünün zəifləməsidir:

“Baxılır ki, hansı ətə üstünlük verilir, bütövlükdə, əlbəttə, xəstəliklərin də rolu var. Amma məncə, əsas səbəb bu deyil. Qiymət məsələdir. İnsanların çoxunun sadəcə pulu yoxdur və buna görə də toyuq ətinə üstünlük verirlər. Bu, sırf sosial-iqtisadi problemlərlə bağlıdır”.
Ekspertin sözlərinə görə, ətə tələbatın azalması sosial-iqtisadi problemlərlə bağlıdır.
Cəmilə Cəfərzadə






