“Yeni ailə qurmağa hazırlaşan gənclərin tibbi müayinədən keçdiyi məlum məsələdir. Bu günkü günümüzdə ailə daxili konfliktlər, boşanmaların əvvəlki illərə nisbətən sayının çox olması evlənməyə hazırlaşan cütlükləin psixoloji hazırlığı məsələsinin daha da vacib olduğunu göstərir. Ona görə də ailə qurmamışdan öncə tərəflərin bir-birini, böyüdükləri mühiti, ailələrini daha obyektiv tanımaq, konflikt anında, çətin vəziyyətdə bir-birinə qarşı necə davranmaları, eləcə də gələcəkdə yaşana biləcək problemli vəziyyətləri təxmin edərək həmin an necə hərəkət edə biləcəyini və s. öyrənmiş, anlamış olurlar. Bir sözlə bir-birini daha yaxşı tanımaları, bu prosesə nə dərəcədə hazır olduqlarını bilməkləri üçün evlilik öncəsi psixoloji dəstək almaqları önəmlidir”. 


Bu sözləri Patrulaz.az-a açıqıamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, psixoloji dəstək alan insanlar bir-birinin zəif və güclü tərəflərini daha obyektiv şəkildə anlaya bilir, çətin bir situasiya anında qarşısındakı insana, sevdiyi şəxsə daha anlayışlı davrana bilir: “Bu zaman konflikt etmək, aqressiv davranmaq əvəzinə problemin həllinə yönəlik davranışlar göstərirlər. Beləliklə, cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına müsbət mənada təsir göstərə, həmçinin ailə qurmaq mərhələsində adaptasiya prosesini daha sağlam şəkildə həyata keçirilməsinə yardımçı ola bilər.

Evliliyin müəyyən dönəmlərində məhz psixoloji faktorlardan dolayı cütlüklər arasında münasibətlər pisləşə bilir. Hətta, təəssüf ki, bir çox hallarda boşanma mərhələsinə qədər gedib çıxa bilir. Evliklikdə qadın-kişi arasındakı münasibət yaxşı olmadıqda, davamlı konfliktlər yaşandıqda bu təbii ki uşağa da təsir edir. Həmçinin qadın hamilədirsə, bu riskli hamiləlik deməkdir.  Təsadüfü deyil ki, bu gün uşaqlarda rastlaşdığımız istər psixoloji, istərsə də digər problemlərin çoxu riskli hamiləliklər, hamiləlik zamanı yaşanan stess, çətinlikgərginliklə bağlıdır. Ona görə də uşağı müayinəyə gətirərkən valideynlərin evlilik dönəminin necə keçməsi, xüsusilə ananın hamiləliyinin necə keçməsi mütəxəssis tərəfindən öyrənilməliməqam olmalıdır. Bu hallar təbii ki, ailə həyatı qurmağa  hazırlaşan gəclərin evliləyə nə dərəcədə hazır olduqlar məsələsini gündəmə gətirir. Bunu bilmək üçün ailə qurmağa hazırlaşan insanların tibii müayinədən keçdikləri kimi, psixoloji müayinədən də keçməsi tövsiyə olunur. Bir daha qeyd etmək istərdim ki, evlilik öncəsi psixoloji hazırlıq ən vacib məqamlardan biridir.”

Səbinə Hüseynli


Bənzər xəbərlər