“fashion.galleryy14” adlı səhifənin insanları aldatdığı bildirilir
“TikTok” sosial şəbəkəsində “fashion.galleryy14” adlı səhifənin insanları aldatmaqla məşğul olduğu bildirilir.
Patrulaz.az-a daxil olan məlumatda vətəndaş iddia edir ki, sözügedən səhifəni idarə edən, kimliyi məlum olmayan şəxs sifarişləri qəbul edir, daha sonra sifarişin metrostansiyalara çatdırılacağını, lakin ödənişin yarısının öncədən ödənilməli olduğunu bildirir. Ödəniş edildikdən sonra isə bir daha əlaqə saxlamaq mümkün olmur.
Zərərçəkmiş şəxs onu da əlavə edib ki, səhifədə qeyd olunan mobil nömrə hələ də aktivdir, digər nömrələrdən gələn mesajlara cavab verilir və sifarişlər qəbul olunmağa davam edir.