Fransa və Almaniyadan Trampla bağlı açıqlama!
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın bu həftə vəzifəyə başlamasından sonra Avropanın daha güclü olmasını istədiklərini bəyan ediblər.
“Patrulaz” xarici mətbuata istinadən xəbər verir ki, Emmanuel Makron ABŞ-da yeni administrasiyanın vəzifəyə başlaması ilə avropalıların üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirmələrinin hər zamankindən daha vacib olduğunu bildirib. Makron bəyan edib ki, Avropa İttifaqının (Aİ) maraqlarını müdafiə etmək üçün Ukraynaya, Suriyada sülh yolu ilə keçid prosesinə və İsraillə HƏMAS arasında atəşkəsin həyata keçirilməsinə dəstək vermək lazımdır.
Danışıqlar fonunda Avropanın ABŞ üçün konstruktiv tərəfdaş olacağı da bildirilib.