Xırdalanda küçənin ortasında DAVA - VİDEO
Xırdalan ərazisində baş verən hadisədə şəxsin sürücüyə qarşı kobud davranışları diqqət çəkib.
Patrulaz.az-a verilən məlumata görə, “04-BS-102” dövlət qeydiyyat nişanlı “Qazel” markalı yük avtomobilinin içindəki sürücüyə digər bir şəxs təzyiq göstərir və təhqirlər səsləndirərək onun yük maşınından aşağı enməsini tələb edib. Hadisənin səbəbi hələ ki, məlum deyil. Gərgin anlar küçənin ortasında yaşandığından, ərazidəki sakinlər və digər sürücülər narahatlıqlarını ifadə ediblər. Şahidlərin sözlərinə görə, bu cür aqresiv davranışlar həm təhlükəsizlik baxımından risk yaradır, həm də ictimai qaydanı pozur.