media-inshot_20251022_133651331

Fransada daha bir muzeydə oğurluq edilib.

Patrulaz.az Fransa mediasına istinadla xəbər verir ki, naməlum şəxslər “Deni Didronun Maarifçilik Evi” muzeyinə daxil olaraq XVIII–XIX əsrlərə aid qızıl və gümüş sikkələrdən ibarət kolleksiyanı oğurlayıblar.

Məlumata görə, bu sikkələr Breuildə bərpa işləri zamanı aşkarlanmış numizmatik xəzinənin bir hissəsidir. Yerli rəsmilər hadisəni həm maliyyə, həm də mədəni itki kimi qiymətləndiriblər.

Oğurluğun üstü muzey işçiləri vitrinin sındırıldığını gördükdən sonra açıqlanıb. Hazırda əməkdaşlar götürülən sikkələrin dəqiq sayını müəyyənləşdirmək üçün inventarlaşdırma aparırlar.

Son dövrlərdə mədəni irsin ardıcıl şəkildə hədəfə çevrilməsi ölkədə ciddi narahatlığa səbəb olub.

Qeyd edək ki, bu oğurluq “Luvr” muzeyindəki hadisədən cəmi bir neçə saat sonra baş verib. Həmin oğurluqda naməlum şəxslər İmperator Napoleon və İmperatriçənin zərgərlik kolleksiyasından boyunbağı, broş və tac (tiara) daxil olmaqla 9 qiymətli əşyanı oğurlayıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər