Fransadan ABŞ-a “ticarət müharibəsi
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Christophe Lemoine ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı (AB) və bəzi ölkələrlə ticarətə yeni gömrük rüsumları tətbiq etmə ritorikasının artdığı bir vaxtda ABŞ-ın Avropa ilə ticarət müharibəsinə girəcəyi təqdirdə çox şey itirəcəyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən bildirir ki, Lemoine həftəlik mətbuat konfransında verdiyi qiymətləndirmədə transatlantik iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb və proteksionist siyasətlərə reaksiya verib. ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduqlarını bildirən Lemoine ABŞ-ın Avropa ilə ticarət müharibəsinə girəcəyi təqdirdə çox şey itirəcəyini qeyd edib. Lemoine ABŞ-ın yeni administrasiyasının təkcə Ukrayna ilə bağlı deyil, həm də ticarətdə gömrük rüsumlarının artırılması ilə bağlı yeni mövqe tutduğunu, lakin dialoqun davam etdiyini bildirib.