media-inshot_20260420_174452235

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabr ayında Azərbaycana təklif etdiyi “strateji razılaşma”nın mahiyyətini açıqlayıb.

Patrul.az xəbər verir ki, o, tərəfləri bir-birinin daxili işlərinə qarışmamağa və keçmiş iddialardan tam imtina etməyə çağırıb.

Paşinyan bu fikirləri “Vətəndaş Müqaviləsi” partiyasının seçki platformasının təqdimatı zamanı videomüraciətində səsləndirib.

Baş nazir bildirib ki, sülhə aparan yeganə yol Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və tərəflərin “bir-birini tək buraxmasıdır”.

O, razılaşmanın mahiyyətini belə izah edib:
“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Bu mövzunu tam bağlayırıq. Hər kəsin öz həqiqəti var və düşünməməliyik ki, beynəlxalq ictimaiyyət bu həqiqətləri paylaşanda bizi alqışlayacaq”.

Paşinyanın sözlərinə görə, uzun illər davam edən münaqişədən kənar qüvvələr və siyasi dairələr öz maraqları üçün istifadə edib. O qeyd edib ki, həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini dəstəkləyən xarici aktorlar regionda gərginliyi artırıb. Təklif olunan razılaşmanın əsas məqsədi isə bu müdaxilələrin qarşısını almaq və birbaşa dialoqu gücləndirməkdir.

Baş nazir vurğulayıb ki, sərhədlərin delimitasiyası başa çatdıqdan sonra hər iki ölkə öz suveren əraziləri daxilində sərbəst fəaliyyət göstərməlidir. O, bu yanaşmanı regionda uzunmüddətli sabitliyin əsas şərti kimi qiymətləndirib.


Bənzər xəbərlər