media-img_0238

Alimlər gənclərin yuxu keyfiyyətinin beyin inkişafına təsir etdiyini aşkar ediblər.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə və Çin alimləri araşdırma çərçivəsində 9-14 yaş arası 3222 gəncin yuxu vərdişlərini araşdırıblar. Araşdırmada gənclər gecə yatdıqları müddətə görə üç qrupa bölünüb: ən pis yuxu vərdişlərinə malik olanlar (ortalama 7 saat 10 dəqiqə), ən yaxşı yuxu vərdişlərinə malik olanlar (7 saat 25 dəqiqə) və orta yuxu müddəti olanlar (7 saat 21 dəqiqə). Üç qrup arasında heç bir böyük fərq müşahidə edilməsə də, araşdırma ən yaxşı yatanların oxuma, problem həll etmə və diqqəti cəmləmə kimi koqnitiv testlərdə daha yaxşı performans göstərdiyini göstərib.

Tədqiqat ən uzun yatan qrupun beyin həcminin daha böyük olduğunu, ürək döyüntülərinin daha aşağı olduğunu və beyin əlaqəsinin daha yüksək olduğunu qeyd edib. İştirakçıların yüzdə 39-unun ən pis yuxu qrupuna daxil olduğu vurğulansa da, mütəxəssislər nizamlı yuxu vərdişlərinin yeniyetməlikdə beyin inkişafı üçün kritik olduğuna diqqət çəkiblər.


Bənzər xəbərlər