"Gold Baku" və "Hermes" şirkətlərinin iki avtomobilini girov götürənlər barədə araşdırmalar başlanıldı - VİDEO
Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Nəsirli Nicat Cəlal oğlu və Əsgərov Orxan Telman oğlu “Gold Baku” və “Hermes” avtomobil icarə şirkətlərindən 77-TD-814 dövlət qeydiyyat nişanlı “BMW F10” və 90-VO-722 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilləri icarəyə götürərək, Şirvan şəhəri, İsmət Qayıbov küçəsində yaşayan şəxsə 55 min manat müqabilində girov qoyublar.
Şikayət üzrə Patrulaz.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, şirkət nümayəndələri tərəfindən həmin şəxslərlə dəfələrlə əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib. GPRS izləmə sistemi vasitəsilə avtomobillərin yeri müəyyən edilərək sözügedən ünvana gedildikdə isə girov götürən şəxs qapını açmayaraq, avtomobilləri yandırmaqla hədələyib.
Gülbəniz Səfərova






