Goranboyda avtomobil hasara çırpıldı: 5 sərnişin xəsarət aldı
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonunun Rəhimli kəndində qeydə alınıb.
Belə ki, Esmira Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobil hasara çırpılıb.
Sərnişinlər Rəhimli kənd sakinləri- Məmmədova Samirə, Abdullayeva Laləzar, Məmmədova Səbinə, Məmmədova Yeganə və Haqverdiyeva Aynurə xəsarət alıblar.






