Görüntülər gündəm oldu: Şəxs icazə alıb dükana güllə atdı - VİDEO
Bursada qeyri-adi bir hadisə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, bir şəxs silahlı hücum edəcəyi obyektin qarşısında dayanan vətəndaşlardan əvvəlcə kənara çəkilmələrini xahiş edib. Daha sonra həmin şəxs dükana doğru bir neçə dəfə atəş açıb.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı ətrafda olan insanlar təəccüblə geri çəkilsələr də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Atəş açan şəxsin kimliyi və motivi ilə bağlı Türkiyə polisi tərəfindən araşdırma aparılır.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və hadisənin cəmiyyət üçün böyük təhlükə yaratdığı bildirilib.






