Göyçay sakini avtovağzal rəhbərindən şikayətçidir: “52 min manatdan çox pul vermişəm” - VİDEO
Göyçay rayon sakini Fariz İbrahimov Göyçay Avtovağzal Kompleksinin rəhbəri Sənan Şıxəliyevdən narazılıq edib.
İbrahimov bildirib ki, 2023-cü ilin noyabr ayında avtovağzal müdiri S. Şıxəliyevin təklifi ilə Bakı–Göyçay–Bakı marşrutu üzrə fəaliyyət göstərməyə başlayıb.
Patrul.az xəbər verir ki, şikayətçinin bildirdiyinə görə, marşrutda işləmək üçün əvvəlcədən S. Şıxəliyəvə 20 min manat ödəyib. Bundan əlavə, hər ayın 26-sı əlavə olaraq 1 265 manat ödəniş edib. Lakin son vaxtlar onun marşrutu əlindən alınaraq Ozal və Şahin adlı sürücülərə verilib və Fariz İbrahimov avtovağzal ərazisinə daxil ola bilmir.
Fariz İbrahimov deyir ki, 2024-cü ilin 10 mart tarixinə qədər S. Şıxəliyə ümumilikdə 52 min 700 manat ödəyib. O, verdiyi vəsaitin geri qaytarılmasını tələb edir və işsiz qalması ilə bağlı narazılığını ifadə edib.






