media-inshot_20251023_123832407

Hindistanın Kəlküt bölgəsindən Srinagar şəhərinə uçan “IndiGo” təyyarəsi yerə təcili eniş edib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, göyərtəsində 166 sərnişin olan təyyarə Uttar Pradeş ştatının Varanasi hava limanına enmək məcburiyyətində qalıb.

Məlumata görə, təyyarənin yerə eniş etməsinə səbəb yanacaq sızması olub.

166 sərnişinin heç birinin xəsarət almadığı bildirilir. Onlar təyyarənin enişindən sonra  kabinədən təxliyə edilib.

Hadisəylə bağlı araşdırmalar aparılır.


Bənzər xəbərlər