“Grammy” mükafatlandırma mərasiminin aparıcısı bəlli oldu!
Musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan “Grammy” mükafatları bu il 67-ci dəfə öz qaliblərini tapacaq.
“Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, 2 fevral 2025-ci ildə keçiriləcək mərasimdə komediya ustası və televiziya aparıcısı Trevor Noah yenidən səhnəyə çıxacaq. Bununla da Noah ardıcıl 5-ci dəfə “Grammy” mükafatlandırma gecəsinin aparıcısı olacaq.
Los-Ancelesdə keçiriləcək mükafatlandırma mərasimi təkcə musiqi dünyasının ən yaxşılarını mükafatlandırmaq deyil, həm də bölgədəki meşə yanğınlarından zərər çəkənlər üçün maarifləndirmə və vəsait toplamaq məqsədi daşıyacaq.