Güclü külək nəhəng Azadlıq Heykəlini aşırdı - VİDEO
Braziliyada nəhəng Azadlıq Heykəli aşıb.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə Braziliyanın cənubunda güclü fırtına zamanı əsən şiddətli küləklər nəticəsində “Havan” mağazasının qarşısında baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, küləyin sürəti saatda 90 kilometrə qədər yüksəlib.
Qeyd edək ki, heykəl 2020-ci ildə 11 metr hündürlüyündə beton təməl üzərində quraşdırılıb. Strukturun zaman-zaman əyildiyi, fırtına zamanı isə mağazanın dayanacağında tamamilə aşaraq dağıldığı bildirilir.
Hazırda ekstremal hava şəraiti zamanı konstruksiyanın hansı səbəbdən davam gətirmədiyini müəyyənləşdirmək məqsədilə daxili araşdırma aparılır.
Gülbəniz Səfərova






