media-img1266894

Bayraqlar təkcə parça üzərindəki rənglər və işarələrdən ibarət deyil. Onlar bir millətin tarixi, mədəniyyəti, mübarizəsi və kimliyinin simvoludur. Hər bir bayraq öz dövlətinin varlığını təcəssüm etdirir. Dövlətlərin simvolu olan bayraqlar üzərindəki rənglər, formalar və nişanlarla həmin xalqın keçmişi, idealları və gələcək arzuları danışır. Elə buna görə də, bu bayraqlar üçün ayrılan məkanlar və onların dalğalandığı dirəklər də simvolik dəyər daşıyır. Bayraq, xüsusilə də ən hündürdə dalğalanırsa  o, həmin xalqın ruhunun ucalığını, müstəqilliyə verdiyi dəyəri göstərir.

Bəs vaxtıykən “Ginesin Rekordlar kitabı”na düşən dünyanın ən hündür bayrağı hansı ölkədədir?

Patrulaz.az-ın araşdırmasına əsasən, bu sualın cavabına görə, dünyada hündürlüyü, əzəmət və qürurla dalğalanması ilə xarici vətəndaşları da özünə cəlb edən Azərbaycanda yerləşən Dövlət Bayrağı Meydanındakı bayraqdır.

media-dunyanin-en-buyuk-bayragi-azerba

Bakı Bulvarının Xəzərə açılan Bayıl qəsəbəsində yerləşən Dövlət Bayrağı Meydanı yalnız bir memarlıq layihəsi deyil, bu yer Azərbaycanın müstəqilliyini, xalqının birliyini və qürurunu simvolizə edən müqəddəs tarixi məkandır. 60 hektar sahəyə yayılan bu meydan, 17 noyabr 2007-ci il tarixində prezident fərmanı ilə təsis edilib və 1 sentyabr 2010-cu ildə xalqın istifadəsinə verilib.

İlk mərhələdə burada 162 metr hündürlüyündə, 70×35 metr ölçüsündə və təxminən 350 kiloqram ağırlığında bayraq ucaldılıb. Bu nəhəng bayraq 2010–2017-ci illər arasında dünyanın ən hündür bayrağı kimi “Guinness Dünya Rekordlar”ına düşərək Azərbaycan adını tarixə yazdırdı.

Zaman keçdi, bu bayraq getdikcə daha da zirvələrə ucaldıldı. 2024-cü ildə meydanda yenidənqurma işləri aparılaraq, bu dəfə 192 metr hündürlüyündə, 36×72 metr ölçülü, 500 kiloqramdan ağır yeni bayraq dirəyi quraşdırıldı. Bu, həm ölçüsünə, həm də çəkisinə görə yenidən dünya rekordu qazanaraq “ən böyük və ən ağır bayraq” kimi tanınır.

media-trend_bayraq_muzeyi_21

Bayraq dirəyinin altında yerləşən səkkizguşəli Dövlət Bayrağı Muzeyi ölkənin zəngin tarixi yaddaşını yaşadır. Burada qədim bayraqlardan tutmuş poçt markalarına, valyutadan tutmuş hərbi geyim və silahlara qədər bir çox eksponat yer alır. Muzeyin xüsusi hissəsi olan “Zəfər Qalereyası” 2020-ci il Vətən Müharibəsinə aid medallar, hərbi formalar, bərpa olunan ərazilərin şəkilləri ilə zəngindir.

İnteraktiv monitorlar vasitəsilə ziyarətçilər Azərbaycanın dövlətçilik tarixi, ordu quruculuğu və qəhrəmanlıq salnamələri ilə tanış olur. Burada nümayiş etdirilən qanunvericilik sənədləri isə Dövlət Bayrağı Meydanının və Bayraq Gününün hüquqi əsaslarını əks etdirir.

media-445242

Meydanda ucalan bayraq sıradan bir parça deyil, o, hər bir azərbaycanlının qəlbində yaşayan azadlıq ruhunun, ərazi bütövlüyünə sadiqliyin və müstəqilliyin əbədi rəmzidir. Dirəyin mühəndislik quruluşu küləyə, yağışa, zamanın sərt sınaqlarına qarşı dözümlü şəkildə hazırlanıb. Ekstremal hava şəraitində bayrağın zədələnməməsi üçün mütəmadi olaraq dəyişdirilir və ehtiyat nüsxələri xüsusi şəraitdə saxlanılır.

media-24840_dq6m1gp2ow

Axşam saatlarında meydan bənzərsiz bir mənzərəyə çevrilir. Xəzər sahilindən qalxan nəhəng bayraq, xüsusi işıqlandırma ilə qaranlıqda Bakının səmasına sanki azadlıq çağırışı edir. Bu məkan təkcə memarlıq möcüzəsi deyil, həm də xalqın ruhunu yaşadan canlı bir abidədir. Onun kölgəsi Xəzərə düşərək dənizin dalğasına qarışır, bu zaman sanki millətin ruhu su üzərində rəqs edir, azadlığın səsi dalğalarla əks-səda verir. Hər il noyabrın 9-da Dövlət Bayrağı Günü burada dövlət səviyyəsində qeyd olunur.

media-d92cd69cd7c976783e891400bdb375ff

Azərbaycan bayrağı xüsusi ilə bizə zəfər bəxş edən, şəhidlərin qanı ilə sulanmış, düşmənin bağrına ox kimi sancılan 44 günlük Vətən müharibəsində igid oğulların qətiyyəti ilə daha da zirvələrə ucaldıldı.

Azərbaycanın bu rekordunun ömrü bir il oldu. 2011-ci ildə Tacikistanın Düşənbə şəhərində 165 metrlik yeni bayraq dirəyi ucaldıldı. 2014-cü ildə isə Səudiyyə Ərəbistanının Ciddə şəhərində 171 metr hündürlüyündə daha bir dirək inşa edildi. Hazırda dünyanın ən hündür bayraq dirəyi oradadır. Lakin Azərbaycanın qəlbində həmişə birinci ucalan bayraq Bakı səmasında azadlıqla dalğalanan bayraq olaraq qalacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər