media-inshot_20251028_195455434

Bu il ərzində yol qəzalarında piyada ölümü halları artıb. Təhlükəsizliyin artırılması üçün sürücülərin və piyadaların maarifləndirilməsi, sürət həddi nəzarətinin gücləndirilməsi, keçidlərdə işıqlandırmanın yaxşılaşdırılması və yol infrastrukturu tədbirləri həyata keçirilsə də, yenə də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verir.

Bəs belə hallarda əsas günah kimdədir – sürücüdə, yoxsa piyadada?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrulaz.az-açıqlamasında bildirib ki, günah əsasən yol hərəkəti iştirakçılarının məsuliyyətsiz və özündən razı davranışındadır:

media-inshot_20251028_194342780

“Günah məsuliyyətsiz yol hərəkəti iştirakçısındadır, çünki hər kəs yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmalıdır. Statistikaya baxsaq, görərik ki, yol hərəkəti iştirakçıları arasında sürət həddinin aşılması, sutkanın qaranlıq vaxtında müəyyən ərazilərdə məhdud görünmə şəraitində hərəkət edilməsi kimi hallar geniş yayılıb. Yol hərəkəti iştirakçılarının bu və digər formada məsuliyyətsiz davranışı, özündən razı hərəkətləri nəticəsində baş verir. Ona görə də əsas səbəb məhz budur. Qeyd etdiyim kimi, bu gün yol hərəkəti iştirakçıları arasında məsuliyyətsiz davranan şəxslər çoxdur. Yəni, hər bir kəs qayda və qanunlara riayət etməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər