media-retouch_2025071415513197

Ölkəmizdə bir müddət havaların dəyişkənliyi meteohəssas insanları narahat edirdi. Son vaxtlar isə temperaturun kəskin şəkildə istiləşməsi günvurma təhlükəsini artırıb. Xüsusilə, günorta saatlarında açıq havada olan insanlar günvurmadan qorunmaq üçün bir sıra addımlar və proflaktik tədbirlər görməlidir.

Patrulaz.az-a bu barədə açıqlama verən həkim-terapevt Etibar Süleymanov günvurma hallarından qorunmaq üçün 3 əsas proflaktik tədbirlərin həyata keçirilməsini tövsiyyə edir:

media-inshot_20250714_154854515

“Belə havalarda bu tədbirləri görmək lazımdır:

1. Günorta saatlarında çölə çıxmaqdan çəkininin

media-retouch_2025071415442320

Xüsusilə, 12:00–17:00 aralığında birbaşa gün şüaları altında olmaq təhlükəlidir. Bu saatlarda çöldə çox olduqda isə şüa keçirməyən əşya, papaq, panama, şlyapa istifadə etməklə başınızı qoruyun. Uşaqlarda və yaşlılarda bu xüsusilə vacibdir. Çünki onlar günvurmaya daha həssas olurlar.

2. Çoxlu bol maye qəbul edin.

media-hava-isti

Gün ərzində 2–3 litr su içmək orqanizmin susuzlaşmasının qarşısını alır. İsti havada bədən temperaturu artdığı üçün bu günvurmaya qarşı təbii müdafiə sayılır.

3. Kölgəlik yerlərdə hərəkət edin

media-inshot_20250714_155733513

Bu saatlarda mümkün qədər kölgədə qalmaq və ya evdə olmaq tövsiyə olunur. Açıq günəş altında uzun müddət qalmayın. Kölgədə və ya kondisionerli qapalı məkanda olmaq ən doğru seçimdir.

Həkimin 3 əsas tövsiyyəsi ilə yanaşı Patrulaz.az-ın araşdırmasına əsasən günvurma hallarından qorunmaq üçün digər tədbirlər də görülə bilər:

Açıq rəngli və yüngül geyimlər geyinin

media-inshot_20250714_160012525

İsti havalarda tünd rəngli paltarlar geyinməyin. Çünki bu rəngdə olan paltarlar istini daha çox çəkir. Bu cür havalarda açıq və pambıq parçalardan istifadə etmək məsləhət görülür. Həmçinin hava keçirən, bədəni sıxmayan geyimlər də geyinilə bilər.

Həddindən artıq fiziki fəaliyyətdən qaçın

media-inshot_20250714_160201386

Günün isti saatlarında idman, fiziki iş və ya uzaq məsafələrə gediş risklidir. Çünki isti saatlarda idman, ağır fiziki iş və ya uzun məsafə qət etmək ürək ritminin pozulmasına və bədən temperaturunun yüksəlməsinə səbəb ola bilər.

Avtomobildə uzun müddət qalmayın

media-inshot_20250714_160345808

Hərəkətsiz qalan avtomobildə temperatur çox sürətlə qalxır. Uşaq və ev heyvanını avtomobildə tək buraxmaq həyati təhlükə yarada bilər.

Tənəffüs sisteminizi qoruyun

media-image1_2-jpg-0e60eabf

Günəş şüaları ilə yanaşı, quru və isti hava nəfəs yollarını da zədələyə bilər.  Bu səbəblə, nəmləndirici spreylərdən və ya ev üçün hava nəmləndirici cihazlardan istifadə tövsiyə olunur.

Sadə görünsə də, bu tədbirlərə əməl etməklə günvurma hallarından nisbətən qorunmaq mümkündır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər