media-inshot_20250815_130558827

Ukrayna siyasətçisi və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Donald Trampın Azərbaycana rəğbət bəsləməsinin səbəbini açıqlayıb.

Patrulaz.az xəbər verir ki, Saakaşvili Trampın bağlılığını Batumidə dayandırılmış “Trump Tower” layihəsinin Azərbaycanda həyata keçirilməsi ilə əlaqələndirib.

Belə ki, 2012-ci ildə Donald Tramp Batumidə layihəyə başlayıb, lakin 2013-cü ildə oliqarx Bidzina İvanişvili onu dayandırıb. Saakaşvilinin sözlərinə görə, həmin il Azərbaycan eyni layihəni reallaşdıraraq Bakıda “Tramp Tower”i tikib.

Qeyd edək ki, Azərbaycan və ABŞ arasındakı münasibətlər hazırda uğurla davam edir. Xüsusilə, avqustun 8-də Ağ Evdə Donald Trampla Prezident İlham Əliyev və Nikol Paşinyan arasında əldə olunan razılaşma üzrə “Tramp yolu”nun açılışı ilə bağlı məsələlər bu münasibətləri daha da gücləndirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər