media-img-20260720-wa0039

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda quraşdırılmış küçə işıqlandırma dirəkləri olmasına baxmayaraq, onların heç biri fəaliyyət göstərmir. Nəticədə, yolun bu hissəsi gecə saatlarında tamamilə qaranlıq qalır.

Sürücülərin Patrul.az-a bildirirlər ki, işləməyən işıqlandırma sistemi xüsusilə gecə vaxtı hərəkəti çətinləşdirir və yol-nəqliyyat hadisələri riskini artırır.

Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi və işıqlandırma sisteminin bərpası gözlənilir.


Bənzər xəbərlər