media-img_9997

Bir neçə gün öncə Patrulaz.az redaksiyasına Sabunçu rayonunun Maştağa qəsəbəsində, xüsusilə də “Südçülük savxozu” adlandırılan ərazidə yaşayan sakinlər tərəfindən narazılıq daxil olmuşdu.

Sakinlər bildirmişdilər ki, zibil konteynerləri günlərlə dolu vəziyyətdə qalır, tullantılar ətrafa dağılır, bu isə ərazidə həm antisanitariya, həm də kəskin iy qoxusu yaradaraq insanların həyat şəraitini dözülməz hala gətirir.

Şikayət müəllifləri qeyd edirdilər ki, Maştağa bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, heç bir real tədbir görülməyib. Bu da ictimaiyyətdə sual doğurmuşdu:

“Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov hara baxır?”

Lakin Patrulaz.az-ın sonradan apardığı araşdırma zamanı məlum olub ki, təqdim edilən video və foto görüntülər bir müddət öncə çəkilib. Hazırda həmin ərazidə vəziyyətin sabit olduğu, tullantıların yığışdırıldığı və antisanitar mənzərənin müşahidə olunmadığı müəyyən edilib.


Bənzər xəbərlər