HƏMAS-dan girovlarla bağlı açıqlama
Sabah keçirilməsi planlaşdırılan girov mübadiləsi ilə bağlı HƏMAS-dan son dəqiqə açıqlaması gəlib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Naim bildirib ki, sabah azad ediləcək dörd israilli girov qadının adları açıqlanacaq.
Mübadilə baş verdikdən sonra Qəzzanın cənubunda didərgin düşmüş fələstinlilərin Qəzzanın şimalına dönməyə başlaya biləcəyi ifadə edilib.
Qeyd edək ki, Qətər, Misir və ABŞ-ın aylardır apardığı gərgin danışıqlar nəticəsində İsrailin 15 aydan çox davam edən hücumlarında ikinci atəşkəs bazar günü başladı və ilk üç girov təxminən 90 fələstinli məhbusun müqabilində sərbəst buraxıldı. O vaxtdan bəri İsrailin cavab zərbələri Qəzzada ən azı 47 283 nəfərin ölümünə səbəb oldu və onların əksəriyyəti mülki şəxslərdir.