media-photo-output

Xəbər verdiyimiz kimi, Hənifə Ələsgərov küçəsində yerləşən “Azgil Lounge” adlı obyektin rəhbərliyi tərəfindən ərazidə qanunsuz məhdudiyyətlərin tətbiq edildiyi iddia olunurdu. Vətəndaşların Patrul.az-a bildirdiyinə görə, obyektin giriş hissəsi kənar şəxslər üçün bağlanmış, hərəkət üçün nəzərdə tutulmuş yol isə özbaşına parkinq zonasına çevrilmişdi.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olduqdan sonra polis əməkdaşları əraziyə baxış keçirib. Nazirlikdən Patrul.az-a bildirilib ki, müvafiq tədbirlər görülüb və yolun qanunsuz zəbt olunması ilə bağlı müşahidə olunan hallar tam şəkildə aradan qaldırılıb.

media-img_4736


Bənzər xəbərlər