"Hər iki liderlə dost olmaq böyük şərəfdir" - Tramp
“Azərbaycan və Ermənistan arasında dostluq ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir”.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında dostluq və sülhün vacibliyini vurğularkən deyib.
Tramp “Truth Social” sosial media platformasında paylaşım edərək hər iki ölkənin lideri ilə dostluq münasibətlərindən qürur duyduğunu bildirib:
“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda iki böyük lider – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün, lakin daha vacibi, ABŞ üçün əbədi dostluq olacaq!”,- deyə ABŞ lideri bildirib.

Gülbəniz Səfərova






