media-inshot_20260119_162343903

Azərbaycan Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, İmişli və Beyləqan rayonlarındakı heyvan bazarlarında biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb.

Heyvan bazarlarının fəaliyyətə başlaması ət bazarında qiymətlərə təsir göstərəcəkmi?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Patrul.az-a fikirlərini bölüşüb.

O bildirib ki, heyvan bazarlarının yenidən fəaliyyətə başlaması müəyyən mənada ət bazarında qiymətlərə təsir göstərə bilər:

“Çünki canlı heyvan dövriyyəsi artdıqca təklif genişlənir və bu, qiymətlərin kəskin artımının qarşısını qismən ala bilər. Lakin nəzərə almaq lazımdır ki, bazarların aylarla bağlı saxlanılması əvvəldən ciddi problemlər yaratdı. Bazarları tam bağlamadan da baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğunlaşdırma işlərini mərhələli və nəzarətli şəkildə aparmaq mümkün idi”.

media-inshot_20260119_162132603

“Fikrimizcə, uzunmüddətli bağlanma səhv addım oldu və bu, onsuz da zəif mövqeli heyvandarlıqla məşğul olan fermerlərə sarsıdıcı zərbə vurdu. Fermerlər məhsullarını bazara çıxara bilmədikləri üçün zərərə düşdülər, vasitəçilərin rolu artdı və nəticədə bu proses həm istehsalçıya, həm də istehlakçıya mənfi təsir göstərdi. Bu təsir nəticəsində heyvandarlıqla məşğul olan fermerlərin bir hissəsi sıradan çıxdı. Biz bunu gələcəkdə heyvanların ölkədə baş sayının daha da azalması ilə hiss edəcəyik”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər