Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Patrulaz.az Azərbaycanın İsraildəki səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.
“Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib”, – paylaşımda vurğulanıb.