media-inshot_20251029_082903099

Türkiyənin qadınlardan ibarət milli komandasının UEFA Millətlər Liqasının B liqasının pley-off mərhələsində Kosova ilə cavab oyunu zamanı gözlənilməz hadisə baş verib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Gürsel Aksel stadionunda keçirilən qarşılaşma öncəsi komandalar dövlət himnini səsləndirərkən matçın baş hakimi Mixalina Diakov qəfil yerə yıxılıb.

Hadisə nəticəsində dərhal meydançaya tibbi heyət daxil olub və hakimin vəziyyətinə ilkin tibbi yardım göstərilib. Daha sonra Diakov geyinib-soyunma otağına aparılıb.

Hadisə səbəbindən oyun təxminən 20 dəqiqə gec başlayıb. Hakim səhhətinə görə matçı davam etdirə bilmədiyi üçün qarşılaşmanı dördüncü hakim Miriama Bockova idarə edib.


Bənzər xəbərlər