Hindistanda qatar sərnişinlərə çırpılıb
Hindistanda sərnişin qatarı qarşı tərəfdən gələn başqa bir sərnişin qatarına çırpılıb.
“Patrulaz” xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Rəsmilər, Pushpak Express-in təcili əyləcinin çəkilməsindən sonra qatarda yanğının baş verməsi ilə bağlı şayiələrin sərnişinlər arasında panikaya səbəb olduğunu, buna görə də bəzi sərnişinlərin yanğından xilas olmaq üçün relslərin üzərinə atıldığını və Karnataka Ekspressinin qarşı tərəfdən gələn sərnişinləri vurduğunu bildirib.
Hadisə yerinə çoxlu sayda təcili yardım göndərilərkən, araşdırma başladılıb.