media-img_6733

Hizbullah rəsmisi Navaf Musəvi livanlıların Suriyanın ərazi bütövlüyünün qorunmasına önəm verdiyini bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Musəvi Hizbullaha yaxın olan əl-Meyadin televiziyasına verdiyi açıqlamada Suriyadakı druzlarla bağlı inkişaflardan narahat olduğunu dilə gətirib. Suriyada administrasiya ilə əməkdaşlıq edilməsinin vacibliyinə işarə edən Musəvi Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirib: “Hər hansı bir bölünmənin qarşısını almaq üçün fikir ayrılıqlarını geridə qoyaraq Dəməşq rəhbərliyi ilə birlikdə çalışmalıyıq”- deyə, o bildirib.

İsrailin Suriyanın Dera şəhərinə cənubdan sızdığını ifadə edən Musəvi suriyalılara kömək etməli və onların əsgərlərini qorumaq üçün hər şeyin öhdəsindən gəlməli olduqlarına diqqət çəkib.


Bənzər xəbərlər