media-img_7529

Xarici ölkələrin Azərbaycanla bağlı verilən səyahət xəbərdarlıqlarının mətnlərində təhrif olunmuş məlumatların aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

Patrulaz.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, həmin mətnlərdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə vurğu edilən hissələrdə köhnəlmiş və ya təhrif olunmuş məlumatların (xüsusilə coğrafi adların və Azərbaycanın inzibati ərazi vahidlərinin, bəzi hallarda isə xəritələrin) aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilib.

Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə keçmiş qondarma rejimin özünün “mövcud olduğunu” dünya ictimaiyyətinə göstərmək və təbliğatını aparmaq üçün Azərbaycan ərazilərinə istinadlar göstərməklə müxtəlif məhsulların xaricdə nümayişi cəhdləri aşkar edilib və müvafiq tədbirlər görülüb.


Bənzər xəbərlər