İDDİA: “Azparking sürücüyə haqsız yerə cərimə yazdı” Vətəndaş şikayət edir - FOTO
Patrul.az redaksiyasına müraciət edən izləyicimiz Cava Əli Rəhim bildirir ki, 14 noyabr 2025-ci il tarixində AYNA-ya məxsus Abbas Mirzə Şərifzadə küçəsində yerləşən 10042 nömrəli parkinq ərazisində avtomobilini park etdikdən sonra onun hesabından qanuni parklanma haqqı tutulub. Onun sözlərinə görə, 77-DQ-599 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin gün saat 12:04-dən 12:54-dək parkinqdə dayanıb və bu müddətə görə balansından 70 qəpik çıxılıb.
Lakin sürücü iddia edir ki, buna baxmayaraq, saat 12:23 radələrində Azparking əməkdaşları tərəfindən AYN1769492 nömrəli protokolla ona əlavə olaraq 20 manat məbləğində cərimə tətbiq edilib. Onun sözlərinə görə, parklanma haqqı ödənildiyi halda cərimə yazılması əsassızdır.
Vətəndaş əlavə edir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, heç bir müsbət cavab almayıb. O, tətbiq edilən cərimənin ləğv edilməsini və mövcud vəziyyətlə bağlı araşdırma aparılmasını xahiş edir.







