media-screenshot_20250922_221222_youtube

Bakıdakı 148 saylı tam orta məktəbdə sentyabrın 15-dən 22-dək valideynlərdən üç dəfə maliyyə vəsaiti toplanıb. İndi isə Beynəlxalq Müəllim Günü münasibətilə 30 manatlıq ödəniş tələb olunduğu iddia edilir.

Patrulaz.az xəbər verir ki, bu məsələdən narazı olan bəzi valideynlər bildirib:

“Süpürgə, fond, xlor pulu… Müəllimənin ad günü, bacısının ad günü, anası və babası vəfat edib – hər dəfə pul yığılır”.

Digər valideynlər isə iddiaların həqiqətə uyğun olmadığını, məktəbdə əvvəllər belə ödənişlərin aparılmadığını vurğulayıblar.

Məktəbin ibtidai sinif müəllimi Reyhan Hacıyeva səsləndirilən ittihamları təkzib edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəb və müəllimlərin fəaliyyətində qanunvericiliyə uyğun olmayan hallara qarşı müvafiq tədbirlər görüləcək.

Ətraflı məlumatı “Xəzər Xəbər”in videomaterialında izləmək olar.


Bənzər xəbərlər