İki avtobusun toqquşması 63 nəfərin həyatına son qoydu - VİDEO
Uqandada baş verən ağır yol-nəqliyyat hadisəsi 63 nəfərin ölümü ilə nəticələnib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, faciəvi hadisə ölkənin Quluya şəhərində gecə saatlarında qeydə alınıb.
Məlumata görə, iki avtobus sürücüsü digər nəqliyyat vasitələrini ötməyə cəhd edərkən üz-üzə toqquşub. Onlardan biri qəzanın qarşısını almaq üçün yolu tərk etsə də, bu manevr daha ağır toqquşmaya səbəb olub. Nəticədə bir neçə avtomobil idarəetməni itirərək aşıb.
Qəza nəticəsində 63 nəfərin öldüyü, çox sayda insan isə yaralandığı bildirilib.
Qeyd edək ki, Uqandada yolların dar və təhlükəli olması səbəbindən ölümlə nəticələnən qəzalara tez-tez rast gəlinir.







