media-inshot_20250923_211313282

Çində ilanlarla dolu quyuya düşən qadın 2 gün həyatda qalıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də Çinin cənub-şərqində, Futszyan əyalətində baş verib.

Məlumata görə, Qin adlı qadın evinin yaxınlığındakı köhnə quyuya yıxılıb. Bundan sonra o, divarlardan yapışaraq suda boğulmamağa çalışıb. Lakin quyuda ilan və ağcaqanadların çoxluğu vəziyyəti daha da ağırlaşdırıb.

Ondan xəbər ala bilməyən qohumlar isə polisə müraciət ediblər. Müşahidə kameralarının köməyi ilə aparılan axtarışdan 54 saat sonra qadın quyudan sağ çıxarılıb.

Xilas edilən qadın ilanların onu dəfələrlə dişlədiyini, lakin buna baxmayaraq əri, uşaqları və yaşlı valideynlərini düşündüyü üçün mübarizəni davam etdirdiyini və sağ qaldığını bildirib.

Qeyd edək ki, qadının vəziyyətinin ağır olub-olmadığı barədə məlumat yoxdur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər